...

Azərbaycanın təşəbbüsü ilə BMT-nin İslam Konfransı Təşkilatı Qrupu səfirlərinin iclası keçirilib

Siyasət Materials 9 Mart 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın təşəbbüsü ilə BMT Baş katibi Ban Ki-Munun iştirakı ilə İslam Konfransı Təşkilatı (İKT) Qrupunun səfirlər səviyyəsində iclası keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Trend ə bildirib ki, iclasda Ban Ki-Mun sülhməramlı əməliyyatlar və tərksilah sahələrində BMT Katibliyinin islahatı üzrə gedən məsləhətləşmələrdə İKT ölkələrinin iştirakını qeyd edib və ona verdiyi dəstəyə görə təşəkkür bildirib. Baş katib İsrail-Fələstin münaqişəsində onun şəxsi və Dördlüyün cəhdləri barədə təfsilatı ilə məlumat verib. Ban Ki-Mun hazırda Dördlüyün niyyətinin Fələstinin yeni hökumətinin formalaşdırılmasını gözləmək və onun tərkibini qiymətləndirməkdən ibarət oldugunu deyib və Dördlüyün növbəti görüşünün apreldə Yaxın Şərq ölkələrinin birində keçiriləcəyini vurgulayıb. Baş katib qeyd edib ki, İsrail tərəfindən həm islam, həm yəhudi dini üçün müqəddəs olan Əl-Haram Əş-Şərif Məscidinin yaxınlıgında yeni tikintinin aparılması çox həssas məsələdir və bu məsələ status haqqında sazişdə öz həllini tapmalıdır.

İclasda Malayziya, Fələstin, Sudan, Mavritaniya, Misir, İraq, Suriya, Pakistan, İndoneziya və Malinin BMT-dəki nümayəndələri çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti