...

Parlamentdə "Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır

Siyasət Materials 12 Mart 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində "Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır. Bu barədə məlumat verən Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirb ki, qanun layihəsi üzərində iş davam etdirilir.

"Milli Məclis fiziki şəxslərin cinayət məsuliyyəti haqqında" qanun qəbul edib. İndi isə "Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında" qanun layihəsi üzərində işləyirik. Çalışacağıq ki, tez bir zamanda layihəni müzakirəyə təqdim edək. Yəqin ki, 2007-ci il ərzində qanun müzakirəyə çıxarılacaq", -deyə S.Kərimov vurğulayıb.

Onun sözlərinə görə, layihə üzərində iş başa çatdırıldıqdan sonra ekspertiza üçün müvafiq qurumlara və beynəlxalq təşkilatlara göndəriləcək.

Xəbər lenti

Xəbər lenti