...

Birinci xanım:Azərbaycanda savadlılığın səviyyəsi 98% təşkil edir

Siyasət Materials 13 Mart 2007 13:58 (UTC +04:00)
Birinci xanım:Azərbaycanda savadlılığın səviyyəsi 98% təşkil edir

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Qlobal savadlılığın dəstəyi üzrə YUNESKO-nun Qətərdə regional konfransında Azərbaycan, Livan və Suriyanın birinci xanımları Qətərin bir neçə il ərzində təhsil sahəsinin yenidən qurulmasında əldə etdiyi nailiyyətlərini alqışlayıb. "Hələ də yaxşı təhsildən qazanan, həmçinin ölkədəki əlverişsiz şəraiti əsas gətirərək yaxşı təhsilin imkanlarını təkzib edən ölkələr mövcuddur", - deyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib.

Gulftimes qəzetinin məlumatına əsasən, YUNESKO-nun xoşməramlı səfiri olan xanım Əliyeva qeyd edib ki, dünyada 100 milyon uşaq hətta ilk təhsil almaq imkanına malik deyil.

Qətərin yalnız regionda deyil, dünyada dinamik inkişaf edən ölkə olduğunu söyləyən M.Əliyeva qeyd edib ki, bunlar təhsil sahəsində ən yaxşı islahatların nəticəsidir və bu islahatlar ölkənin iqtisadi inkişafına da öz töhfəsini verib.

O, Qətərdə təhsil sahəsində aparılmış yeniliklər və eksperimentlər haqqında öyrənmək arzusunu bildirib. "Ölkədə yeni nəsil məktəbləri və xarici universitetlərinin fəaliyyət göstərməsi ölkə üçün qürurdur", - deyə o əlavə edib.

"Ümid edirəm ki, yaxın illərdə Qətərdə savadlılığın səviyyəsi daha da artacaq və insanlar bundan yalnız xeyir əldə edəcəklər", - deyə o bildirib.

Ölkəsi haqqında danışan Əliyeva qeyd edib ki, Azərbaycan üçün ötən əsrin ən böyük maneəsi təhsilin aşağı səviyyəsi olub, lakin bir neçə il bundan əvvəl Azərbaycan bu mərhələni keçib və hazırda ölkədə savadlılıq 98% təşkil edir.

Xəbər lenti

Xəbər lenti