...

Çin Kommunist Partiyasının nümayəndə heyəti Azərbaycana gələcək

Siyasət Materials 14 Mart 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Çinin hakim partiyası olan Çin Kommunist Partiyasının nümayəndə heyəti martın 26-dan 29-dək Bakıda səfərdə olacaq. Bu barədə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev qeyd edib ki, nümayəndə heyətinə Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr departamentinin sədr müavini Ma Venpu rəhbərlik edəcək. Hazırda nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir.

"Bir neçə ildir ki, YAP-la Çinin Kommunist Partiyası arasında qarşılıqlı əməkdaşlıq var. Bir neçə dəfə qarşılıqlı səfərlər həyata keçirilib. YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının qurultayında, onların nümayəndə heyəti də YAP-ın qurultayında iştirak edib. Bu səfər zamanı da partiyalararası əlaqələrə dair müzakirələr aparılacaq", -deyə H.Paşayev bildirib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti