...

S.Cəlaloğlu: "Azadlıq" blokunda 4 partiyanın fərqli taktikalar yürütməsi onların vahid qüvvəyə çerilməsinə imkan vermədi"

Siyasət Materials 14 Mart 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" blokunda müxtəlif siyasi mənşəli partiyaların birləşməsi Azərbaycan Demokrat Partiyasının (ADP) bu blokdan getməsinə səbəb olub. Bu barədə ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu açıqlama verib.

O bildirib ki, fərqli siyasi taktikalar yürütmələri dörd partiyanın "Azadlıq" blokunda vahid bir qüvvəyə çerilməsinə imkan vermədi: "Müxtəlif siyasi mənşəli qrupların bir blokda birləşməsi çətindir. Ona görə də "Azadlıq" bloku daxilində fəaliyyət göstərməkdən, təmsilçilikdən imtina etdik. Lakin blokdakı partiyalarla ayrı-ayrılıqda ikitərəfli əməkdaşlıq edəcəyik"-deyə Cəlaloğlu qeyd edib.

O, "Azadlıq" bloku həmsədrlərinin ADP-nin iqtidarla siyasi dialoq təklifinə etirazlarını onların hər bir yeniliyə qarşı dözümsüzlük göstərməsi kimi qiymətləndirib.

"Azadlıq" blokunda hazırda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti