...

Böyük Quruluş Partiyası ADP-nin siyasi partiyaları qruplaşdırmasının əleyhinədir

Siyasət Materials 15 Mart 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyası (BQP) siyasi partiyaların qruplara bölünməsinin əleyhinədir. Bu barədə BQP-nin sədri Fazil Qəzənfəroğlu açıqlama verib.

Azərbaycan Demokrat Partiyası (ADP) siyasi qüvvələrə münasibətini əks etdirən yeni Konsepsiyasında müxalifət partiyalarını "radikal, konsturktiv, loyal və yalançı" olmaqla dörd qrupa ayırıb. BQP sədri Qəzənfəroğlu qeyd edib ki, partiyaların bu cür növlərə bölünməsi yalnız bədii epitetdir: "Müxalifətin yalnız bir adı var, o da müxalifətdir. Radikallıq təkcə küçələrə çıxıb aksiyalar keçirməklə ölçülmür, tribunalardan edilən radikal çıxışlar bəzən etiraz aksiyalarından daha kəskin olur. Yalançı müxalifətə gəldikə, həyatda insanın yaranışından başqa hər bir şey, hətta müxalifətin özü də süni konstruksiyadır"-deyə BQP sədri qeyd edib.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti