...

GUAM 1932-1933-cü illər Qolodomor hadisəsini Ukrayna xalqının soyqırımı kimi tanınmaq niyyətindədir

Siyasət Materials 15 Mart 2007 18:45 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ 1932-1933-cü illər Qolodomor hadisəsinin Ukrayna xalqının soyqırımı kimi tanınması üçün GUAM-ın birgə bəyanatının verilməsi planlaşdırılır. Bu məsələ Kiyevdə keçirilən Milli Koordinatorlar Şurası iclasının gündəliyinə daxil edilib.

İclasda BMT-nin Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinin 27-ci bəndinin - "GUAM məkanında dondurulmuş münaqişələr, beynəlxalq sülh, təhlükəsizlik və inlkişaf üçün nəticələr" müzakirə olunacaq. Eskspertlərin görüşündə eyni zamanda, GUAM ərazisindəki münaqişələrə yanaşma və tənzimləmənin ümumi üsulları müzakirə olunacaq.

Şuranın Kiyevdəki toplantısında milli koordinatorlar səviyyəsində GUAM-ABŞ görüşünün təşkili, "GUAM-ın demokratik və iqtisadi inkişafı: prioritetlər və perspektivlər" konfransı barədə məsələlərə baxılacaq.

Milli koordinatorlar həmçinin GUAM-ın populyarlaşdırılması yollarını araşdıracaqlar (10 oktyabr 2007-cı il GUAM-ın 10 illiyidir).

Xəbər verildiyi kimi, Milli Koordinatorların görüşü martın 15-16-da keçirilir.

Xəbər lenti

Xəbər lenti