Azərbaycan, Bakı/müxbir " İ.Əlizadə/Sabiq səhiyyə naziri, Yeni Azərbaycan Partiyasının (YAP) sabiq üzvü Əli İnsanov siyasi məhbus hesab oluna bilməz. Hazırda məhkəməsi gedən sabiq səhiyyə naziri Əli İnsanovun özünü siyasi məhbus adlandırmasına və bəzi hüquq müdafiəçilərinin də onu belə təqdim etməsinə münasibət bildirən hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov belə hesab edir.
"Əli İnsanovun heç bir siyasi baxışı olmayıb. O, konkret olaraq rüşvətxorluq, korrupsiya və digər bu kimi cinayətlərdə ittiham edilir. Ona heç kim siyasi məhbus adı verə bilməz", deyə YAP rəsmisi əlavə edib. ", deyə YAP rəsmisi əlavə edib. YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.