...

Azərbaycan prezidenti xalqı Novruz bayramı münasibətilə təbrik edib

Siyasət Materials 19 Mart 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını, eləcə də xarici ölkələrdə yaşayan soydaşlarımızı təbrik edib. Bu barədə Trend xəbər verir.

Təbrikdə deyilir ki, kainatın qanunları ilə sıx bağlı olan bu bayram ulu əcdadlarımızdan yadigar qalmış qədim adət-ənənələri özündə parlaq şəkildə əıks etdirir, Azərbaycan torpağında ilk baharın gəlişini müjdə verir, eyni zamanda xalqımızın mənəvi dünyasını bütün zənginliyi ilı ifadə edir, təbiətin dirçəlməsi və yeniləşməsi iləı səciyyələnir. O, gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğular oyadır, insanları daha xeyirxah, mərhəmətli vəı mehriban olmağa çağırır.

Prezident torpaqlarımızın müdafiəısində dayanan mətin Azərbaycan əsgərinə xüsusi olaraq bayram təıbrikləırini yetirib.

Xəbər lenti

Xəbər lenti