...

Azərbaycan baş nazirinin birinci müavini Moskvaya səfər edəcək

Siyasət Materials 27 Mart 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı ( Trend in müxbiri S.Ağayeva) Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov MDB-nin İqtisadi Şurasının martın 30-da Moskvada keçiriləcək iclasında Azərbaycanı təmsil edəcək. Bu haqda Azərbaycan hökumətindən xəbər verilib. İclasın gündəliyinə bir sıra məsələlər, o cümlədən əvvəlcə qəbul olunmuş sənədlərə dəyişiklik və əlavələrlə bağlı layihə protokollarının nəzərdən keçirilməsi daxildir: Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində razılaşdırılmış siyasətin həyata keçirilməsi haqda razılaşma; Yoxlanma və metroloji attestasiya məqsədilə ötürülən normativ sənədlər, etalon, ölçü vasitələri və standart nümunələrin gömrük haqqı və vergidən azad olunması, onlara xüsusi icazə verilməsi haqda razılaşma; Böyük vətən müharibəsi əlilləri və iştirakçıları, o cümlədən onlara bərabər tutulan şəxslərin nəqliyyatda güzəştli gediş hüquqlarının qarşılıqlı surətdə qəbul olunması haqda razılaşma. Komissiya iclasının gündəlik layihəsinə həmçinin iştirakçı MDB dövlətlərində 2010-cu ilədək kənd təsərrüfatı texnikası, maşın və mexanizmləri lizinqinin inkişafı üzrə layihənin, kimya və neft-kimya sahələrində hökumətlərarası şuranın əməkdaşlığına dair məsələlər də daxil edilib.

Xəbər lenti

Xəbər lenti