Azərbaycan, Bakı /müxbir. Trend S.Ağayeva/ Bizim Azərbaycanla Rusiya arasında bir sıra razılaşmamış ərazilərimiz qalır və bu, Azərbaycan-Rusiya dövlət sərhədlərinin delemitasiya və demarkasiyası komissiyalarının indiki müzakirəsi üçün mövzu olacaq. Bu barədə bu gün Rusiyanın xarici işlər nazirinin müavini, komissiyanın rusiyalı həmsədri Aleksandr Yakovenko jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, sərhədlərin delemitasiya və demarkasiyası işində irəliləyiş gözə dəyir. "Mövzu çətindir və mükəmməl, peşəkar nəzarət tələb edir. Biz konstruktiv işləyirik və düşünürəm ki, razılığa gələcəyik " - deyə diplomat bildirib. Rusiyalı diplamat komissiyanın işə başlayacağı dəqiq vaxtı deməyə çətinlik çəkib, amma yaxın gələcəkdə işlərin başlaya biləcəyinə ümid etdiyini bildirib.