...

Qırğızıstanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 27 Mart 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Bu gün Qırğızıstanın müdafiə naziri general-leytenant İsmayıl İsakovun Azərbaycana rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində İsakov Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Əbiyev bildirib ki, Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında ümumi hərbi əməkdaşlıq və hərbi kadrların hazırlanması sahəsində iki saziş imzalanıb: "Əminəm ki, biz bu əməkdaşlığı dövlətlərimizin müstəqilliyinin və silahlı qüvvələrinin daha da möhkəmlənməsi naminə davam etdirməli, yeni sazişlər imzalamalıyıq". Əbiyev Ermənistanın işğalçılıq siyasətindən də danışıb: "Azərbaycan bu münaqişəni beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyü çərçivəsində həll etmək niyyətindədir və buna nail olacaq".

İsakov öz növbəsində deyib ki, iki dövlətin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığı davam etdirməsi ümumi mənafeyə xidmət edəcək: "İnanıram ki, Azərbaycana səfərim əməkdaşlığın daha da güclənməsinə təkan verəcək".

Xəbər lenti

Xəbər lenti