...

MDB Parlamentlərarası Assambleyasının hökumətlərarası institutunun MDB üzrə ilk filalı Bakıda açılacaq

Siyasət Materials 28 Mart 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bu gün Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov və Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Bakıda demokratiyanın inkişafının monitorinqi, parlamentarizm və MDB Parlamentlərarası Assambleyasına üzv dövlətlərin vətəndaşlarının seçici hüquqlarına əməl olunması üzrə dövlətlərarası institutunun filalının yaradılması barədə protokol imzalayıblar. Mironov xüsusi qeyd edib ki, ilk filiaql Bakıda yaradılıb, bu da "Azərnbaycanın Parlamentlərarası Assambleyadakı xüsusi nüfuzundan xəbər verir". O, digər MDB dövlətləri paytaxtlarının da Bakı kimi hərəkət edəcəyinə və bu cür institutlar yaradacağına ümid etdiyini bildirib.

Azərbayacanda rəsmi səfərdə olan nümayəndə heyətinin tərkibindəki rusiyalı senatorlarla Azərbaycan parlamentinin deputatları arasında olan görüşdə "iki ölkə arasındalı münasibətlərin bir çox sahələrdə dinamik inkişafı" qeyd olunub. Spiker Oqtay Əsədov ölkəsində rus mədəniyyətinə rus dilinə olan xüsusi qayğıdan bəhs edərək, 30-dan çox ali məktəbdə, 460 orta məktəbdə rus dilinin tədris olunduğunu, rusca uşaq qəzet və jurnallarının çap olunduğunu bildirib. Onun sözlərinə görə, bu, "xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir".

Xəbər lenti

Xəbər lenti