...

ADP-nin yerli təşkilatları yaradılıb

Siyasət Materials 29 Mart 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlığı çərçivəsində 15 rayonda partiyanın yerli təşkilatı yaradılıb. Bu barədə məlumat verən ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Aydın Quliyev bildirib ki, həmin rayonlarda əvvəllər ADP-nin yerli təşkilatları ya olmayıb, ya da olub və sonralar dağılıb.

A.Quliyev əlavə edib ki, indiyə qədər 43 rayonda konfranslar keçirilib və qurultaya 300-dən artıq nümayəndə seçilib. Onun sözlərinə görə, qurultaya hazırlıq çərçivəsində 60 rayon təşkilatında konfrans keçiriləcək və aprelin 10-da bu proses yekunlaşacaq. Aprelin 14-də isə qurultay olacaq.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. İndi hər iki tərəf ADP adına iddia edir.

Xəbər lenti

Xəbər lenti