...

Nazir müavini: Azərbaycan Rusiyaya enerji bazarında əlavə imkanlar kimi baxır

Siyasət Materials 3 Aprel 2007 16:13 (UTC +04:00)
Nazir müavini: Azərbaycan Rusiyaya enerji bazarında əlavə imkanlar kimi baxır

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan və Rusiya enerji bazarında özlərini rəqib görməməlidirlər. Bu barədə Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə həsr olunmuş mətbuat konfransında RF-nin Azərbaycandakı səfiri Vasili İstiratov və Azərbaycan XİN başçısının müavini Xələf Xələfov bəyan ediblər.

Ölkələr enerji bazarında biri-birinə mane olmamalıdırlar, deyə Rusiya səfiri bildirib. Azərbaycanla Rusiya arasında energetika sahəsində əməkdaşlıq məsələlərini şərh edən Xələfov qeyd edib ki, ölkələr arasında boru kəmərləri, beynəlxalq bazarlarda qarşılıqlı anlaşma və enerji təhlükəsizliyi sahəsində yaxşı potensial mövcuddur.

Nazir müavini qeyd edib ki, Azərbaycan Rusiyaya enerji bazarında əlavə imkanlar kimi baxır və bu sahədə əlaqələrin genişləndirilməsində qarşılıqlı maraqlar var.

Xəbər lenti

Xəbər lenti