...

Bakının Mərdəkan-Zuğulba şosesi bağlanacaq

Siyasət Materials 4 Aprel 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Mərdəkan-Zuğulba şosesi sabah səhər saat 8:00-dan 21:00-a qədər bağlanacaq. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, avtomobil yolunun bağlanmasına səbəb Buzovna-Mərdəkan dəmir yolunun Mərdəkan-Zuğulba şosesinin kəsişməsində əsaslı təmir işlərinin aparılmasıdır. Əsədov bildirib ki, bu müddətdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Sürücülər Mərdəkan-Zuğulba şosesi bağlı olan müddətdə Sabunçu dairəsindən Maştağa-Buzovna yolundan istifadə edə biləcək.

Xəbər lenti

Xəbər lenti