...

İran səfiri Azərbaycanla sərhədin bağlanması barədə məlumatı təkzib edir

Siyasət Materials 4 Aprel 2007 12:58 (UTC +04:00)
İran səfiri Azərbaycanla sərhədin bağlanması barədə məlumatı təkzib edir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İranın Azərbaycandakı səfirliyi KİV-də Azərbaycan-İran sərhədinin bağlanması ilə bağlı yayılmış məlumatı təkzib edir. Səfirliyin rəsmi məlumatına görə, "sərhədlər açıqdır və orda heç bir problem yoxdur".

Azərbaycanın cənub bölgəsində yaşayan əhali isə son 4 gün ərzində Biləsuvar-Astara (Azərbaycan-İran) sərhəd keçidinin İran sərhədçiləri tərəfindən bağlı saxlanıldığını bildirib. Trend in cənub zonasındakı xüsusi müxbirinin məlumatına görə, İran sərhədçiləri günün sonuna kimi sərhədin açılacağına söz verir. İran sərhədçiləri ancaq sadələşdirilmiş buraxılış icazəsinə əsasən sərhədi keçməyə icazə verirlər. Bu icazəni isə yalnız sərhəddən 40 km. məsafədə olan rayonlarda yaşayan əhali ala bilər.

Xəbər lenti

Xəbər lenti