...

Deputat Elmira Axundova: "Azərbaycanda siyasi məhbus problemi yoxdur"

Siyasət Materials 4 Aprel 2007 16:49 (UTC +04:00)
Deputat Elmira Axundova: "Azərbaycanda siyasi məhbus problemi yoxdur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük bir hissəsini yerinə yetirib və bu proses davam edir. Ona görə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycana qarşı hər hansı sanksiya tətbiq oluna bilməz. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova məlumat verib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloydun öz məruzələrinə siyasi məhbus məsələsini daxil etmələrinə və Azərbaycandakı bəzi hüquq müdafiəçilərinin ölkədə bu məsələnin hələ də həll olunmadığını iddia etməsinə baxmayaraq, Axundova bununla razılaşmır.

Onun fikrincə, Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb. AŞPA-da vaxtilə bununla bağlı məsələ qaldırılmışdı və bu məsələ artıq bağlanıb. Azərbaycan bu məsələ ilə bağlı bütün öhdəliklərini yerinə yetirib", -deyə Axundova əlavə edib. Millət vəkili qeyd edib ki, Azərbaycanın qurumdakı nümayəndə heyəti yaz sessiyasına ciddi hazırlaşır.

AŞPA-nın yaz sessiyası aprelin 16-dan 20-dək Strasburqda keçiriləcək. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti