...

Xoşməramlı səfir Mehriban Əliyeva YUNESKO-nun hesabat yığıncağında iştirak edib

Siyasət Materials 4 Aprel 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Strasburqda YUNESKO-nun illik hesabat yığıncağında iştirak edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Hesabat yığıncağını açan təşkilatın baş direktoru Kouşiro Maasura təşkilatın xoşməramlı səfirlərini 7-ci illik hesabat yığıncağı münasibətilə təbrik edib, YUNESKO-nun beynəlxalq aləmdə gördüyü işlər haqqında danışıb. Xoşməramlı səfir Mehriban Əliyevanın köməyi sayəsində təşkilatla Azərbaycan arasında yaxşı münasibətlər yarandığını vurğulayıb.

Mehriban Əliyeva Xoşməramlı səfir kimi Azərbaycanda gördüyü işlər, qeyri-maddi mənəvi abidələrin qrunması ilə bağlı görülən tədbirlər, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr haqqında məlumat verib.

Sonra Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri, Liva prezidenti Valdas Adamkus və İordaniyanın kraliçası Raziyə əl Abdullahla görüşüb.

Xəbər lenti

Xəbər lenti