...

Azərbaycan-Almaniya əməkdaşlığına dair 3 saziş layihəsi hazırlanır

Siyasət Materials 13 Aprel 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva / Azərbaycan və Almaniyanın müvafiq idarələri ilin sonunadək statistika, gömrük və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş layihələri imzalayacaqlar. Bu barədə cümə günü Berlindən məlumat verən Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev bildirib ki, artıq saziş layihələri hazırlanıb və indi onlar razılaşdırılma mərhələsindədir. Həmin sənədlərin Azərbaycan və Almaniya hökumət nümayəndələrinin qarşılıqlı səfərləri zamanı imzalanması gözlənilir. Məlumat üçün bildirək ki, iki ölkə arasında mövcud olan müqavilə-hüquqi bazada 20-dən çox sənəd var.

Xəbər lenti

Xəbər lenti