...

Gürcü politoloqu Cavaxetiya ermənilərinin tələblərini separatçı bəyanatlar kimi dəyərləndirir

Siyasət Materials 13 Aprel 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva / Cavaxetiyanın (Gürcüstanın cənubu) erməni təşkilatlarının erməni dilinin gürcü dilinin statusuna uyğunlaşdırılması tələbləri separatçı xarakterli bəyanatlardan başqa bir şey deyil. Belə bir bəyanatla cümə günü Tbilisidə gürcü politoloqu Paata Davitaya çıxış edib. Onun sözlərinə görə, bu, real olan məsələ deyil və ermənilər bu tələblərdən bölgədə gərginliyin artırılması üçün istifadə edirlər.

Davitaya bildirib ki, ölkənin rəhbərliyi və parlamenti dəfələrlə ermənilərin diqqətinə çatdırıb ki, Konstitusiyaya zidd olan bu tələblər real deyil. Politoloqun fikrincə, Cavaxetiya ermənilərinin aksiyası sabitliyə qarşı yönəlib.

Xəbər lenti

Xəbər lenti