Yol polisi silah-sursat aşkarlayıb
Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu il silah-sursatın tapılması üzrə yeddi fakt aşkarlayıb. Bu barədə bazar ertəsi BDYPİ-nin Nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, aşkar olunan faktlar üzrə akt tərtib olunaraq Daxili İşlər Nazirliyinə təqdim olunub. Əsədov bildirib ki, silah-sursat Nəsimi, Səbayel, Nərimanov, Yasamal, Qaradağ və Əzizbəyov rayonlarında aşkarlanıb.
Yol polisinin reydləri zamanı hesabat dövründə Cinayət Məcəlləsinin 263-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması) ilə axtarışda olan iki cinayətkar da tutulub.
Xəbər lenti
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq