...

Azərbaycanın xarici işlər naziri müavininin Vaşinqtona səfərinin vaxtı dəyişib

Siyasət Materials 16 Aprel 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Vaşinqtona bu həftə üçün nəzərdə tutulan səfərinin vaxtı dəyişib. Bu barədə bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Conatan Henik açıqlama verib.

Henikin sözlərinə görə, bu həftə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Bu da Əzimovun Vaşinqton səfərinin təxirə düşməsinə səbəb olub.

Onun sözlərinə görə, Araz Əzimovun Vaşinqtonda görüşləri gələn həftə keçiriləcək. Hazırda dəqiqləşmələr aparılır.

Xəbər lenti

Xəbər lenti