...

İsrail-Azərbaycan assosiasiyası İsrail ictimaiyyətinə Ermənistan-Azərbaycan münaqişəsinin reallıqlarını çatdıracaq

Siyasət Materials 16 Aprel 2007 18:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Yenidən yaradılmış İsrail-Azərbaycan Assosiasiyası Azərbaycan-İsrail münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayacaq. Bu fikri bazar ertəsi Bakıda Avropa yəhudiləri dini icmasının rəhbəri Gennadi Zelmanoviç yenidən yaradılmış diaspor təşkilatlarının beynəlxalq assosiasiyasının gələcək fəaliyyətini şərh edərkən səsləndirib.

Zelmanoviçin sözlərinə görə, assosiasiyanın fəaliyyətinin prioritetlərindən biri Azərbaycan reallıqlarının İsraildə təbliği olacaq. Daha çox ölkə ictimaiyyətinin diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin və bu məsələdə rəsmi Bakının tutduğu mövqeyin çatdırılmasına fikir veriləcək.

Zelmanoviçin məlumatına əsasən, bu yaxınlarda Təl-Əvivdə İsrailin 26 şəhərindən seçilmiş 400-dən çox nümayəndənin iştirakı ilə keçirilən assosiasiyanın təsis konfransında təşkilatın prioritet və məqsədləri dəqiqləşdirilib, rəhbərliyin tərkibi seçilib. Assosiasiyanın rəhbəri İsrail Knessetinin deputatı İosif Şaqal olub. O, həmçinin İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.

Xəbər lenti

Xəbər lenti