...

Azərbaycanın müxalifət bloku təkliflər layihəsini beynəlxalq qurumlara və parlamentə təqdim edəcək

Siyasət Materials 17 Aprel 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi "Azadlıq" bloku seçki komissiyalarının formalaşdırılması ilə bağlı özünün təkliflər layihəsini hazırlayıb Avropa Şurasının Venesiya Komissiyasına, Azərbaycan parlamentinə təqdim edəcək. Bu barədə "Azadlıq" blokunun həmsədri Əli Əliyev məlumat verib.

Blokun Sədrlər Şurasının çərşənbə axşamı keçirilən toplantısında seçki komissiyalarının bərabərlik prinsipi əsasında formalaşdırılması məsələsi müzakirə edilib. Blok aprelin sonunda bu mövzuda dəyirmi masa keçirməyi planlaşdırır.

"Bu ictimai müzakirələrdə "MSK-da müxalifəti kim təmsil etməlidir?" sualına cavab axtarılacaq. "Azadlıq" bloku hesab edir ki, parlamentdən kənarda qalan müxalifət partiyaları seçki komissiyalarında təmsil olunmalıdır. Bu partiyaların seçimi zamanı onların seçkilərdə iştirakı, topladıqları səs faizləri, sosial bazasının, strukturlarının genişliyi kimi məsələlər nəzərə alınmalıdır"-deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, "Azadlıq" blokunun təkliflər layihsi ictimai müzakirələrdən keçirildikdən sonra beynəlxalq qurumlara, Azərbaycanın Prezident Aparatına, Milli Məclisə, deputatlara təqdim ediləcək.

"Azadlıq" siyasi blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti