...

Bakıda "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabının təqdimatı keçirilib

Siyasət Materials 18 Aprel 2007 17:05 (UTC +04:00)
Bakıda "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabının təqdimatı keçirilib

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Çərşənbə günü Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri, professor Ramiz Mehdiyevin müəllifi olduğu "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabının təqdimat mərasimi keçirilib.

Kitabda müəllif demoktratiyanın və insanlığın hakimiyyətə daim can atmasının mahiyyətini təhlil edir. O, ictimai-siyasi perspektivlərin və qlobal transformasiyalar aləmində Azərbaycanın inkişafının xülasəsini verib.

Mehdiyev demokratikləşmənin kökləri, postsovet dövlətlərinin inkişaf perspektivləri, həmçinin müxtəlif ssenarilərin reallaşdırılması yolu ilə evolyusiya inkişafının trayektoriyasının dəyişdirilməsi cəhdlərini nəzərdən keçirib.

Tədbirdə Azərbaycanın hökumət və parlament nümayəndələri, nazirlər, universitet və akademiya, həmçinin Azərbaycanın ictimai-siyasi dairələrinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti