...

Prezident Aparatı rəsmisi: "Azərbaycan höküməti Venesiya Komissiyasının son təkliflərini müzakirə edib"

Siyasət Materials 18 Aprel 2007 17:59 (UTC +04:00)
Prezident Aparatı rəsmisi: "Azərbaycan höküməti Venesiya Komissiyasının son təkliflərini müzakirə edib"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan höküməti Avropa Şurası Venesiya Komissiyasının son təkliflərinə baxıb və müzakirə edib. Bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə açıqlama verib.

Həsənov bildirib ki, təkliflər arasında Azərbaycan tərəfinin məqbul saydığı və saymadığı məsələlər var: "Məqbul sayılan təkliflər müzakirə ediləcək"-deyə Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən araşdırılan təkliflər arasında seçki komissiyalarının paritet əsasında formalaşdırması da var. Prezident Aparatı rəsmisi konkret şəkildə araşdırılan təkliflər barədə məlumat verməyib. Yalnız əlavə edib ki, lazım olan vaxtda açıqlamalar veriləcək.

Xəbər lenti

Xəbər lenti