...

Bakı şəhər prokurorluğuna rəhbər təyin olunub

Siyasət Materials 20 Aprel 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əliyev baş prokurorun müvini təyin olunub.

Baş prokuror Zakir Qaralovun əmri ilə Əziz Seyidov Bakı şəhər prokuroru təyin edilib. Bu barədə Trend ə cümə günü Baş Prokurorluqdan məlumat verilib.

Seyidov bundan öncə Baş Prokurorluğun Polisə Nəzarət İdarəsinin rəisi işləyib.

Bakı şəhər prokuroru Ədalət Mirsalamov və müavini Hafiz Babayev baş prokuror Zakir Qaralovun əmri ilə işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad olunmuşdular.

Xəbər lenti

Xəbər lenti