Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Azərbaycan Daxili İşlər Nazirliyi beynəlxalq narkotrafiklə mübarizəyə xüsusi diqqət yetirir və bu məqsədlə səylərini birləşdirir. Bu sözləri Moskvada keçirilən brifinqdə Azərbaycanın daxili işlər naziri Ramil Usubov deyib.
Nazirin sözlərinə görə, Əfqanıstanın narkotik istehsalında lider mövqeyində dayandığı heç kimə sirr deyil. Ən tanınmış iki marşrut var: biri Orta Asiyadan Avropaya gedən marşrutdur, digəri isə Əfqanıstan-İran-Azərbaycan (Cənubi Qafqaz ölkələri)-Rusiya-Avropa marşrutudur.
"Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və digər strukturlarla birlikdə bu işlə məşğul olan onlarla vətəndaş və hətta qruplaşmalar tuturuq. Bunlar əsasən İran vəAzərbaycan vətəndaşları olur. Buna görə biz iranlı həmkarımızla da sıx əməkdaşlıq edirik. Təəssüf ki, narkotik ticarəti ilə məşğul olanları və narkotik daşıyanları heç də həmişə tuta bilmirik" - deyə Usubov vurğulayıb.