...

Azərbaycanın müxalifət bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair qanun layihəsi təqdim edib

Siyasət Materials 25 Aprel 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihəsi hazırlayıb. Çərşənbə günü blokun dövlət quruculuğu və hüquq komissiyası həmin layihəni ictmaiyyətə təqdim edib.

Layihədə Mərkəzi Seçki Komissiyası üzvlərinin sayının 18-dən 15-ə endirilməsi təklif olunur. MSK üzvlüyünə namizədlər sonuncu parlament seçkilərində iştirak edən və namizədlərinin hamısının birlikdə topladıqları səslərin miqdarı ölkə üzrə etibarlı sayılan seçici səslərinin bir faizindən çox olan partiyalar tərəfindən bərabər əsaslarla irəli sürülsün.

Ümumilikdə Seçki Məcəlləsinin 33 bəndinə müxtəlif tipli əlavə və dəyişikliklər təklif edilir. Seçki komissiyalarının tərkibinin formalaşdırılmasından tutmuş müşahidəçilərin hüquqları, təqdim etdikəri sənədlər, seçici siyahıları, seçicilərin şikayətləri, namizədlərin qeydiyyatı və digər məsələlərə qədər dəyişikliklər nəzərdə tutulur.

"Azadlıq" blokunun hazırladığı qanun layihəsi Milli Məclisə təqdim ediləcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti