...

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya layihəsi müzakirə olunacaq

Siyasət Materials 27 Aprel 2007 19:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend P.Əmircanov/ 30 aprel-1 may 2007-ci il tarixlərində Grand Avropa mehmanxanasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, ABŞ Səfirliyi, ABŞ Ədliyyə Departamenti, ATƏT, Avropa Şurası və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi birlikdə Azərbaycan Respublikasının Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyasına həsr olunmuş iki günlük beynəlxalq konfrans keçirəcək. Bu barədə ABH-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, adıçəkilən təşkilatların nümayəndələri iştirak və çıxış edəcəklər. Konfransda Azərbaycanın Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya layihəsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti