...

Parlament Azərbaycanın "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyaya qoşulması məsələsini müzakirə edəcək

Siyasət Materials 1 May 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan YUNESKO Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyaya qoşulacaq. Bu məsələ Milli Məclisin Sosial siyasət daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında müzakirə olunub.

Adıçəkilən komissiyanın sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanın bu konvensiyaya qoşulması vacibdir: "Çünki Azərbaycanda idmanın bütün növləri sürətlə inkişaf edir".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun sözlərinə görə, Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 6 mindən artıq dərmandan istifadə etmələrinə qadağa qoyub. İdmançılar həmin dərmanlardan istifadə edə bilməzlər: "Əgər hansısa idmançı bu siyahıya daxil edilmiş dərmanlardan istifadə edərsə, dərhal yarışlardan uzuqlaşdırılır. Üç dəfə bu hal təkrarlanarsa, həmin idmançının beynəlxalq yarışlırda iştirakına birdəfəlik qadağa qoyulur".

İsmayılov qeyd edib ki, Azərbaycanda bu məsələyə xüsusi nəzəarət olunur. Bunun üçün Gənclər və İdman Nazirliyində Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamalardan keçirilirlər: "Hansısa idmançının qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlansa, həmin şəxs ciddi şəkildə cəzalandırılır".

Sonda məsələnin Milli Məclisin iclasında müzakirəyə çıxarılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti