...

Azərbaycanın Lənkəran şəhərində narkotik satıcısı həbs edilib

Siyasət Materials 3 May 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün narkotik maddə satmaqda şübhəli bilinən Göyşaban kənd sakini, 26 yaşlı Emin Həbibov tutulub. Həmin şəxsin həyətyanı sahəsinə baxış keçirilərkən üç qabda əkilmiş çətənə toxumu aşkarlanıb. Yaşadığı evdən isə bir kiloqramdan yuxarı qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.

Lənkəran şəhəri paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir.

Xəbər lenti

Xəbər lenti