...

Estoniyalı politoloq: "Rusiyanın sanksiyaları ilə bağlı Estoniya həm AB-yə, həm də ÜTT-yə şikayət edəcək"

Siyasət Materials 4 May 2007 13:23 (UTC +04:00)
Estoniyalı politoloq: "Rusiyanın sanksiyaları ilə bağlı Estoniya həm AB-yə, həm də ÜTT-yə şikayət edəcək"

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Çox güman ki, Estoniya Rusiyaya qarşı heç bir sanksiya qəbul etməyəcək, lakin Rusiyanın Estoniyaya qarşı sanksiyaları ilə bağlı həm AB-yə, həm də ÜTT-yə şikayət edəcək. Estoniyanın Müdafiə Araşdırmaları Mərkəzinin direktoru, "Diplomaatia" jurnalının baş redaktoru Kadri Liyk belə hesab edir.

Cümə günü telefon vasitəsilə Liyk qeyd edib ki, NATO Rusiyaya Estoniyanın daxili işlərinə qarışmamaq və səfirlik ətrafında nizam-intizam yaratmaq tələbi ilə bağlı çox ciddi bəyanat ünvanlayıb. "Biz, beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə edəcəyik. Lakin Avropa Birliyinin nə isə etmək arzusunda olduğundan xəbərim yoxdur" - deyə o bildirib.

Rusiya-Estoniya münasibətlərində çətinlik Estoniya rəhbərliyinin Tallində "Xilaskar Əsgər" abidəsinin sökülməsi ilə bağlı verdiyi qərardan sonra yaranıb. Aprelin 27-nə keçən gecə Estoniya paytaxtında kütləvi etiraz aksiyaları ilə yanaşı, memorialda dəfn olunmuş sovet əsgərlərinin qalıqlarının eqzqumasiyası olub. Son bir neçə gün ərzində Rusiyanın "Naşi", "Mestnıye" və "Molodaya qvardiya" gənclər hərəkatlarının fəalları Estoniyanın Moskvadakı səfriliyi qarşısında "Xilaskar Əsgər" abidəsinin köçürülməsinə etiraz əlaməti olaraq piket keçirirlər. Gənc fəallar həmçinin bu yaxınlarda Estoniyanın Rusiyadakı səfirinin mətbuat konfransı keçirməsinin qarşısını almağa cəhd göstəriblər.

"Abidə ilə bağlı artıq heç nə baş verməyəcək, durduğu yerdə də qalacaq. Onu əvvəlki yerinə heç kəs qaytarmayacaq və yerli rus sakinləri bununla barışıb. Mayın 8-də əklilləri abidə önünə həm Estoniya hökuməti, həm də Estoniyada çalışan diplomatlar qoyacaq" - deyə o əlavə edib.

Moskvadakı Estoniya səfirliyinə gəlincə, Moskva polisi və hakimiyyət bunun qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir, "orada baş verənlər yol verilməzdir". "Təbii ki, Rusiya adət etdiyi kimi, Estoniyanın diskreditasiyası üçün bu epizoddan hər yerdə istifadə edəcək. Neçə illər boyu belə olub. Lakin ən əsası Estoniyanın daxilində estonlar və ruslar arasındakı münasibətlərdir. Bu məsələdə insanlara bunun nə üçün baş verdiyini sakitcə izah etmək lazımdır. Başa salmaq lazımdır ki, bu kiməsə qarşı, İkinci Dünya Müharibəsində həlak olmuşların xatirəsinin təhqir edilməsi üçün yönəldilməyib" - deyə o əlavə edib.

Estoniyanın davranışına görə Rusiyanın eston mallarının idxalına qadağa qoymasını Liyk ehtiyatsız addım adlandırıb. "Rusiyaya eston mallarının idxalına qadağa qoyula bilməz, Estoniya artıq bu cür idxalçı deyil, AB mövcuddur və AB-nin heç bir dövləti ticarət haqqında separatçı müqaviləyə malik deyil. Estoniya istehsalçıları çoxdan bu maneələrdən keçməyi öyrənib, onlar Ukrayna, Belarus və başqa ölkələr vasitəsilə Rusiyaya bir çox mallar idxal edir" - deyə ekspert əlavə edib.

"Xilaskar Əsgər" abidəsinin köçürülməsinə cavab olaraq Tallində Rusiyanın "Yeddinci Qitə", "Kopeyka" və "Samoxval" supermarketləri şəbəkəsi Estoniya məhsullarının satışının dayandırıldığını bəyan edib. Estoniya mallarının boykot edilməsi və Estoniya ilə iqtisadi əməkdaşlığa son qoyulması ilə bağlı Moskva meri Yuri Lujkov da çıxış edib. RF-nin Dövlət Duması bir gün əvvəl hökumətdən Estoniyaya qarşı nəqliyyat, energetika və maliyyə sahələrini əhatə edəcək iqtisadi sanksiyalar qəbul etməyi tələb edib.

Keçən il Estoniya və Rusiya arasında mal dövriyyəsi 80% artaraq təxminən yarım milyard avro təşkil edib. Estoniyadan əsasən boya, kağız, gəmi, balıq və dəniz məhsulları ixrac olunur.

Xəbər lenti

Xəbər lenti