...

Azərbaycan prezidenti Yaşıl Teatra baş çəkib

Siyasət Materials 4 May 2007 21:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də təmir işləri başa çatmış Yaşıl Teatra baş çəkib və prezidentin sərəncamına əsasən aparılmış təmir işləri ilə maraqlanıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Ölkə başçısına məlumat verilib ki, teatrın ərazisi iki dəfə genişləndirilib, oturacaqların sayı 1600-dən 2500-ə çatdırılıb. Bu isə teatrda ən möhtəşəm tədbirlərin keçirilməsinə imkan verəcək. Prezidentin tapşırığına əsasən, səs və işıqlandırma sistemləri ən müasir səviyyədə quraşdırılıb. Səhnənin səs və işıq avadanlıqları ABŞ-dan, zalın işıqlandırma qurğuları ilə İtaliyadan gətirilib və quraşdırılıb.

Dövlət başçısı sonda lazımi tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti