...

Azərbaycan Milli İstiqlal Partiyasının lideri partiyanın əvvəlki nüfuzunun bərpası üçün təkliflərini təqdim edib

Siyasət Materials 7 May 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyasının lideri partiyanın əvvəlki nüfuza qaytarılması üçün partiya rəhbərliyi qarşısında konkret tapşırıqlar qoyub və bu istiqamətdə təkliflərini təqdim edib. Bu barədə bazar ertəsi AMİP sədri Ayaz Rüstəmov məlumat verib.

Rüstəmov bildirib ki, bu məsələ mayın 5-də AMİP liderinin partiyanın Bakı təşkilatlarının, Siyasi Şura üzvlərinin görüşündə müzakirə olunub. Görüşdə partiya lideri Etibar Məmmədov AMİP-in zəiflədiyini və bununla bağlı iradlarını bildirib. Müzakirələr zamanı AMİP lideri partiyanın şəhər və rayon təşkilarlarının gücləndirilməsinin vacibliyini qeyd edib. Rüstəmovun sözlərinə görə, partiya rəhbərliyi AMİP liderinin iradlarından irəli gələn məsələləri həll etmək üçün bir sıra tədbirlər həyata keçirəcək.

AMİP 1992-ci ildə yaradılıb. 12 il partiyaya sədrlik edən Məmmədov 2004-cü ilin dekabrında vəzifəsindən könüllü istefa verib. 2005-ci ilin martında isə AMİP-in lideri postu təsis edilib və Məmmədov bu vəzifəyə seçilib.

Xəbər lenti

Xəbər lenti