...

Türkiyəli millət vəkili: "Abdullah Gülün prezidentliyə namizədliyini geri götürməsi düzgün addım idi"

Siyasət Materials 8 May 2007 11:53 (UTC +04:00)
Türkiyəli millət vəkili: "Abdullah Gülün prezidentliyə namizədliyini geri götürməsi düzgün addım idi"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vahid namizədi olan Abdullah Gülün prezident seçkilərində namizədliyini geri götürməsi ən düzgün addım idi. Bu barədə Trend ə Türkiyə parlamentinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatı Yılmaz Atəş açıqlama verib.

Türkiyə müxalifətini təmsil edən CHP-nin nümayəndəsi bildirib ki, hakim partiyanın təmsilçisi Gül öz namizədliyindən imtina etməsəydi, ölkədə xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə də müxalif partiya Gülün bu addımını təqdir edir.

Millət vəkili Atəş bildirib ki, Türkiyənin cümhurbaşqanını (prezidentini) yeni formalaşdırılacaq Böyük Millət Məclisi (parlament) seçəcək. Kimin namizədliyinin irəli sürüləcəyi isə parlamentin hansı partiyalardan formalaşmasından asılıdır.

Millət vəkilinin sözlərinə görə, parlamentə seçiləcək hər bir partiya prezidentliyə namizədəni irəli sürmək üçün öz imkanlarını dəyərləndirəcək. Hakim partiya da parlament seçkilərinin sonunu gözləyir.

Xatırladaq ki, bazar günü Türkiyə parlamentində keçirilən prezident seçkilərində yetərsay olmadığından seçkilər baş tutmadı. Prezidentliyə hakim partiyadan olan yeganə namizəd - Türkiyənin xarici işlər naziri Abdullah Gül namizədliyini geri götürdüyünü elan etdi. İyunun 22-də Türkiyədə vaxtından əvvəl parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti