...

Prezidentin mətbuat katibi: Azərbaycan və Misir nazirləri qarşılıqlı səfərlər həyata keçirəcək

Siyasət Materials 8 May 2007 17:39 (UTC +04:00)
Prezidentin mətbuat katibi: Azərbaycan və Misir nazirləri qarşılıqlı səfərlər həyata keçirəcək

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Misir nazirlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə çərşənbə axşamı Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bəyan edib.

İlham Əliyevin 6-7 may tarixində Misirə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında mətbuat katibi qeyd edib ki, Misirlə neft və qaz, farmokologiya və dərman istehsalı sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub.

Azərbaycan dövlət başçısının Misirə səfərini ümümilikdə uğurlu qiymətləndirərək o, qeyd edib ki, Azərbaycan nümayəndə heyəti də Misirə səfər edəcək. Azərbaycan Misirlə energetika sahəsində təcrübəsi ilə bölüşə bilər, deyə Qasımov bildirib.

Xəbər lenti

Xəbər lenti