...

Azərbaycanın Ağdam, Tərtər və Beyləqan rayonlarının inzibati ərazi bölgülərində dəyişiklik ediləcək

Siyasət Materials 10 May 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Ağdam, Tərtər və Beyləqan rayonlarının inzibati ərazi bölgülərində dəyişiklik ediləcək. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər daimi komissiyasında hazırlanıb. Adıçəkilən komissiyanın cümə günü keçiriləcək iclasında Ağdam , Tərtər və Beyləqan rayonlarının inzabati ərazi bölgülərində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihələri müzakirə ediləcək.

Məsələnin yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirə edilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti