...

Gürcüstanın eks-prezidenti: "Ermənistan Azərbaycanla hesablaşmalıdır"

Siyasət Materials 10 May 2007 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/Uzun illər ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışmış Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Ermənistanı Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycanla hesablaşmağa çağırıb. Bu barədə Trend AzTV-yə istinadən xəbə verir.

Şevardnadze deyib ki, Azərbaycan məhz Heydər Əliyevin siyasi iradəsi nəticəsində regionda lider dövlətə çevrilib. "Ermənistan Azərbaycanla hesablaşmalıdır. Əks təqdirdə o, müstəqillikdən məhrum ola bilər. Zənnimcə, ermənilər Dağtlıq Qarabağ probleminin həllini tapmağın lazım olduğunu başa düşəcək. Onun bu işdə gecikməsi daha ağır nəticələr verə bilər. Çünki Azərbaycan özünün iqtisadi, hərbi və digər göstəricilərinə görə Ermənistanı, elə Gürcüstanın özünü də arxada qoyub".

Şevardnadzenin bildirib ki, "Heydər Əliyev unikal insan idi, o, boş yerdə müstəqil dövlət yaratdı. Azərbaycanın hazırkı rəhbəri də müdrik insandır. Heydər Əliyev bu seçimində də yanılmayıb".

Xəbər lenti

Xəbər lenti