...

Mixail Saakaşvili: "Heydər Əliyev bütövlükdə regionun gələcək geostrateji inkişafını müəyyənləşdirdi"

Siyasət Materials 14 May 2007 12:46 (UTC +04:00)
Mixail Saakaşvili: "Heydər Əliyev bütövlükdə regionun gələcək geostrateji inkişafını müəyyənləşdirdi"

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycan və Gürcüstan prezidentləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Tbilisidəki büstünün açılışını Azərbaycan və gürcü xalqlarının qardaşlığı və dostluğu adlandırıblar.

"Bu, sarsılmaz dostluğumuzun nümunəsidir və mən qardaşım Mixail Saakaşviliyə ümummilli liderimizin büstünün açılışı ilə bağlı qərarına görə minnətdaram" - deyə açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Qeyd edək ki, Tbilisinin mərkəzində ucaldılan heykəlin müəllifi azərbaycanlı heykəltaraş Natiq Əliyevdir. Heykəl Heydər Əliyev adını daşıyan parkda yerləşir. Parkın salınması şəhər büdcəsinə 45 min dollara başa gəlib.

"İlk növbədə mən Mixail Saakaşviliyə minnətdarlığımı bildirmək istəyirəm ki, Azərbaycanın ümummilli liderinin büstü Tbilisinin ən gözəl yerlərindən birində qoyulub. Həmçinin bütün gürcü xalqına bizim böyük liderimizin xatirəsinə hörmət bəslədiyi üçün təşəkkürümü bilmərmək istəyirəm.

Bugünkü mərasim qardışlığımızın, birliyimizin simvoludur. Eyni ilə bu onun göstəricisidir ki, xalqlarımız indi və on illiklərdən sonra da bir-birinə kömək edəcək, yan-yana duracaq" - deyən Əliyev ümidvar olduğunu bildirib ki, iki xalqın dostluq və qardaşlığı uzun illər davam edəcək.

Azərbaycan prezidenti qeyd edib ki, iki xalq qanı hesabına öz müstəqilliklərini əldə ediblər və bu məsələdə Heydər Əliyev böyük rol oynayıb. "O, müstəqil Azərbaycanı qurmağa başlayan bir adam olub. Bu gün biz fəxrlə deyə bilərik ki, bu istiqamətdə çox işlər görülüb və artıq biz yavaş-yavaş Avropanın, bütün dünyanın əhəmiyyətli hissəsinə çevrilirik" - deyə o vurğulayıb.

Öz növbəsində Gürcüstan prezidenti, Heydər Əliyevin büstünün Gürcüstanın ürəyində -Tbilisinin mərkəzində qoyulmasını iki xalqın tarixi dostluğu və qardaşlığının nümunəsi kimi dəyərləndirib: "Azərbaycanlılar həmişə qardaşlarımız və ölkəmizin əsl vətəndaşları olublar. Gürcüstanda çox sayda azərbaycanlı yaşayır. Onlar öz vətənləri Gürcüstanın əsl vətənpərvərləridir və eyni zamanda öz dillərini və mədəniyyətlərini inkişaf etdirirlər. Bizim etnik azərbaycanlılarımız Gürcüstanın ayrılmaz hissəsi olduğu kimi, Azərbaycan da Gürcüstanın gələcəyinin ayrılmaz hissəsidir".

Saakaşvili qeyd edib ki, gürcülərlə azərbaycanlılar arasına nifaq toxumlarını səpmək cəhdlərinə baxmayaraq, heç kim buna nail ola bilməyib. "Bizim birliyimiz və qardaşlığımıza qarşı olanlar gürcü və Azərbaycan xalqlarının düşmənləridir. Gücümüz birliyimizdədir" - deyə Saakaşvili vurğulayab.

Gürcüstan prezidenti qeyd edib ki, gürcü xalqı heç vaxt Azərbaycanın Gürcüstan üçün etdiklərini unutmayacaq: "Ötən il qışda Azərbaycan öz əhalisini istiliksiz qoyaraq enerjini Gürcüstana verdi. O zaman məlum olmayan səbəblərə görə bizi Rusiyadan gələn elektrik enerjisi və qazdaq məhrum etdilər. Bu il də qazın qiyməti 4 dəfə artanda, Azərbaycan yenidən bizimlə qazı bölüşdü. Zənnimcə, belə şeylər fotoqrafik yaddaş kimi istənilən xalqın tarixi bioqrafiyasında qalır".

Saakaşvili qeyd edib ki, Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi rolu olub. "O hələ 90-cı illərdə deyirdi ki, Azərbaycan Gürcüstan vasitəsilə Avropa bazarlarına çıxışı əldə etməlidir. O zaman bu, inandırıcı görünmürdü və siyasi cəhətdən risqli bir addım idi. Lakin o, bu ideyanı sonadək həyata keçirə bildi. Əgər bu gün belə alternativ olmasa idi, biz Azərbaycandan kömək ala bilməyəcəkdik, Avropanın alternativ enerji təchizatı ideyası olmayacaqdı. Regionumuzun geosiyasi mənzərəsi məhz Heydər Əliyevin qərarından sonra dəyişdi" - deyə Gürcüstan prezidenti vurğulayıb.

Saakaşvili onu da bildirib ki, Heydər Əliyev bugünkü Azərbaycanın yaradıcısıdır. "İnkişaf edən dost Azərbaycan Gürcüstan daxilində inteqrasiya və müvəffəqiyyətin, habelə ümumi gələcəyimizin əsasıdır" -deyən dövlət başçısı qeyd edib ki, Gürcüstanla Azərbaycan strateji tərəfdaşlardır.

Xəbər lenti

Xəbər lenti