...

Səfir: "Naxçıvan vasitəsi ilə İrandan Azərbaycana gələnlərin sayı xeyli artıb"

Siyasət Materials 14 May 2007 13:49 (UTC +04:00)
Səfir: "Naxçıvan vasitəsi ilə İrandan Azərbaycana gələnlərin sayı xeyli artıb"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Son 14 gündə Naxçıvan ərazisi ilə Azərbaycana keçən iranlıların çayı 25 dəfə artıb. Bu barədə bazar ertəsi günü Tehrandan telefonla Azərbaycanın İrandakı səfəri Abasəli Həsənov məlumat verib.

Səfir qeyd edib ki, Azərbaycanla İran arasında pullu viza rejiminin ləğvindən sonra Naxçıvan vasitəsilə Azərbaycana hər gün 800-dək adam gəlir. Yeni qaydaların tətbiqinə qədər isə gün ərzində sərhədi keçənlərin sayı 30-dan çox deyildi. Həsənov qeyd edib ki, Azərbaycana səfər etmək istəyən İran vətəndaşlarının sayı günü-gündən artır. Onun sözlərinə görə, qonşu ölkə vətəndaşları Azərbaycana turist kimi, yaxud da müalicə və qohumlarına baş çəkmək məqsədilə gəlirlər.

Xatırladaq ki, mayın 1-dən etibarən Azərbaycanla İran ikitərəfli qaydada Naxçıvan Muxtar Respublikasının sakinləri və İran vətəndaşları üçün viza üçün tələb olunan 35 avro məbləğindəki ödənişi ləğv ediblər. Yeni qaydalar Azərbaycan və İran XİN başçılarının 2005-ci ilin noyabrında imzaladıqları Memorandum əsasında tətbiq olunub.

20 gün müddətinə verilən və heç bir məhdudiyyəti nəzərdə tutmayan viza xaricilərə İran ərazisi ilə sərbəst hərəkət etməyə imkan verəcək. Belə bir vizanı almaq üçün diplomatik nümayəndəliyə sadəcə foto-şəkil və sağlamlıq haqda arayış təqdim etmək kifayətdir.

Xəbər lenti

Xəbər lenti