...

Səfir: "Polşanın hər hansı bir şəhəri ilə Azərbaycanın Samux rayonunun qardaşlaşması yönündə addımlar atılacaq"

Siyasət Materials 16 May 2007 18:38 (UTC +04:00)
Səfir: "Polşanın hər hansı bir şəhəri ilə Azərbaycanın Samux rayonunun qardaşlaşması yönündə addımlar atılacaq"

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bu gün Samux rayonuna səfəri zamanı bəyan edib ki, rayonda kənd təsərrüfatı məhsullarının əkini üçün imkanlar genişdir və bu sahədə Polşanın təcrübəsindən yararlanmaq olar.

Səfirin sözlərinə görə, bu istiqamətdə birgə layihələrin işlənməsi vacibdir.

Krayevski səfər çərçivəsində Polşa səfirliyinin ayırdığı 16 min dollar məbləğində vəsait hesabına təmir olunan rayonun Sarıçanaq kənd məktəbində iki sinif otağının açılışında iştirak edib. Məktəbə həmçinin səfirliyin hesabına 10 müasir kompüter dəsti də hədiyyə olunub.

Krayevski onu da əlavə edib ki, gələcəkdə məktəbdəki bütün tədris otaqlarının təmiri ilə bağlı layihələr hazırlanarsa, səfirlik bunun üçün əlavə vəsaitlər ayırmağa hazırdır. Səfir yaxın gələcəkdə ölkələrimizin dostluq münasibətləri çərçivəsində Polşanın hər hansı bir şəhəri ilə Samux rayonunun qardaşlaşması yönündə də addımlar atılacığını bildirib.

Samux paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti