...

Azərbaycanda ötən dörd ay ərzində 832 yol nəqliyyat hadisəsi qeydə alınıb

Siyasət Materials 18 May 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Azərbaycanda ötən dörd ay ərzində 832 yol nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən cümə günü Trend ə verilən məlumata görə, qəzalar zamanı 261 nəfər ölüb, 933 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzaların 492-si Bakının payına düşüb.

Aprel ayında isə respublikada 248 yol qəzası nəticəsində 61 nəfər həlak olub, 276 nəfər yaralanıb. Bakıda isə ötən ay 146 yol qəzasında 25 nəfər ölüb, 170 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeydə alınan qəzaların böyük əksəriyyəti piyadavurmalar və toqquşmalar olub.

Xəbər lenti

Xəbər lenti