...

Deputat: "Mənə verilən töhmətin ləğv olunması üçün Milli Məclisin sədrinə müraciət edəcəyəm"

Siyasət Materials 18 May 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı cümə günü Bakıda bildirib ki, əgər Milli Məclisin İntizam Komissiyası ona verilən töhməti ləğv etməsə, məsələ ilə bağlı parlamentin sədrinə müraciət edəcək.

Ağamalı qeyd edib ki, martın 16-da Milli Məclisdə həmkarı Hüseyn Abdullayevlə onun arasında baş vermiş əlbəyaxa davaya görə özünü günahkar hesab etmir. "Ona görə də İntizam Komissiyası mənə verilən töhməti ləğv etməlidir", -deyə deputat əlavə edib.

O vurğulayıb ki, İntizam Komissiyasının onun müraciətinə nə vaxt baxacağına dair məlumata malik deyil: "Hesab edirəm ki, bu məsələni uzatmağa ehtiyac yoxdur və tez bir zamanda mənim müraciətimə baxılmalıdır".

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev isə bildirib edib ki, Ağamalının müraciətinə mütləq baxılacaq. Lakin bunun nə vaxt olacağını açıqlamayıb.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib. Səbail rayon Məhkəməsi Hüseyn Abdullayevə iki il şərti cəza verib.

Milli Məclisin İntizam Komissiyası baş vermiş instendə görə Ağamalıya töhmət verib.

Xəbər lenti

Xəbər lenti