...

Novruz Məmmədov: "Ermənistana olan təzyiq getdikcə artır" (video)

Siyasət Materials 21 May 2007 15:23 (UTC +04:00)
Novruz Məmmədov: "Ermənistana olan təzyiq getdikcə artır" (video)

Trend in Azərbaycan Prezidenti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsindən hissə

- Ermənistanda parlament seçkilərindən əvvəl belə fikir səsləndirilirdi ki, bu proses Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları dayandırır. Seçkilər artıq bitdi. İndi nə gözləmək olar, məsələnin həlli olacaqmı?

- Əslində, normal, sabit ölkədə seçkilər bu xarakterli danışıqlara öz təsirini göstərməməlidir. Ermənistan rəhbərləri, müəyyən dairələr bundan özləri üçün bəhanə kimi istifadə edirlər və görüşlər keçirməmək, danışıqları uzatmaq üçün bu cür hadisələrdən istifadə edirlər. Son dövrlərdə bir sıra məsələlərlə bağlı razılaşma əldə olunur və yaxud tərəflər razılaşmaya çox yaxınlaşır, lakin bir neçə prinsipial məsələ var ki, onlarla bağlı hələlik razılaşma yoxdur və əslində məhz həmin məsələlər bütün danışıqların mahiyyətini özündə cəmləyib. Amma danışıqlar davam etdirilməlidir. Ermənilər danışıqlara ona görə gedirlər ki, dünya birliyi onları bu mövqelərinə görə ittiham etməsin. Onlar danışıqlara gözdən pərdə asmaq üçün gedirlər. Ermənistana olan təzyiq getdikcə artır. Bu total bir təzyiqdir. Bu təzyiq həm danışıqlar prosesi, həm həmsədrlərin və beynəlxalq təşkilatların mövqeyi, həm də Azərbaycanın iqtisadi və hərbi inkişafı ilə bağlıdır. Ermənilər nə isə etmək istəyirlər, amma onların rəhbərləri özlərində çürət tapa bilmirlər ki, etiraf etsinlər - neçə illərdir ki, torpaqlarımızı işğal altında saxlayırlar. Birinci mərhələdə yeddi rayonumuzu azad etməlidirlər, sonra isə danışıqlar davam etdirilməli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyən edilməlidir.

Xəbər lenti

Xəbər lenti