...

Azərbaycanın bir neçə rayon polis idarəsində kadr dəyişiklikləri olub

Siyasət Materials 22 May 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın bir neçə rayon polis idarəsində kadr dəyişiklikləri olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend ə bildirilib ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsinin rəisi, polis polkovnik-leytnantı Namiq İsmayılov Şəmkir Rayon Polis Şöbəsinə, Zaqatalanın polis rəisi Şahin Bəbirov Qobustan Rayon Polis İdarəsinə, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Faiq Şabanov Zaqatala Rayon Polis Şöbəsinə, Nizami Qocayev isə İsmayıllı Rayon Polis Şöbəsinə rəis təyin olunublar.

Şəmkirin keçmiş polis rəisi Zəfər Əbiyev isə Daxili İşlər Nazirliyinin Ukraynadakı attaşesi təyin olunub.

Xəbər lenti

Xəbər lenti