...

Polşa Azərbaycanı AB-yə inteqrasiyada dəstəkləməyə hazırdır

Siyasət Materials 23 May 2007 17:42 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Polşa Azərbaycanı Avropa Birliyinə (AB) inteqrasiyada dəstəkləməyə hazırdır. Bu mövqeni Azərbaycan Milli Məclisinin rəhbəri Oqtay Əsədovun Polşaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşdə həmin ölkə parlamentinin hər iki palata rəhbəri bildirib. Bu barədə çərşənbə günü telefon vasitəsilə bu ölkədəki Azərbaycan səfirliyindən məlumat verilib.

Azərbaycanın qanunverici orqanının rəhbəri Polşa Senat və Seyminin rəhbərləri Boqdan Boruseviç və Lüdviq Dornla görüşlər keçirib. Tərəflər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Polşa tərəfi növbəti dəfə energetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Bu məsələ Əsədovun baş nazir Yaroslav Kaçinski, xarici işlər naziri Anna Fotıqa və iqtisadiyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Polşa - Azərbaycan hökumətlərarası əməkdaşlıq komissiyasının rəhbəri Petr Vojnyakovla görüşlərdə müzakirə olunub. "Görüşdə ticarət-iqtisadi və humanitar əməkdaşlığın inkişafında hər iki ölkənin maraqlı olduğu qeyd olunub" - deyə səfirlikdən məlumat verilib.

Səfirlikdən həmçinin bildiriblər ki, bu gün nümayəndə heyətini Polşa prezidenti Lex Kaçinskinin qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti