...

Moskvada Azərbaycanın milli bayramı qeyd olunacaq

Siyasət Materials 25 May 2007 12:47 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Moskvada Azərbaycan Demokratik Respublikasının yaranmasının 89-cu ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Mayın 28-29-da baş tutacaq tədbirlərin təşkilatçısı rolunda Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Dövlət Sosial Universiteti (RDSU) çıxış edir. Bu məlumatı ÜAK mətbuat xidmətindən veriblər.

Mayın 28 və 29-da RDSU-da Azərbaycan Respublikası günləri keçiriləcək. Mayın 28-də səhər azərbaycanlı incəsənət ustalarının (rəssamlar, heykəltəraşlar və digərləri) sərgisi keçiriləcək. Sonra tematik mühazirələr silsiləsi olacaq. Burada Bakı Slavyan Universitetinin rektoru Kəmal Abdulla çıxış edəcək. Axşam isə azərbaycanlı tələbələrin və RDSU məzunlarının iştirakı ilə KVN festivalı keçiriləcək. Bu festivala fəxri qonaq qismində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, MDBMİ Azərbaycan klubunun prezidenti Leyla Əliyeva dəvət olunub.

Səhəri gün Azərbaycan Günləri çərçivəsində RDSU-da "Rusiyanın Azərbaycan diasporu: millətlərarası münasibətlərin aktual problemləri" mövzusunda Dəyirmi masa keçiriləcək. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri, habelə rusiyalı ekspertlər, diplomatlar, politoloqlar, ictimai-siyasi və elm dairələrin nümayəndələri iştirak edəcək.

Rəsmi tədbirlərdən sonra konsert və Azərbaycan Günlərinin təntənəli bağlanma mərasimi olacaq.

Xəbər lenti

Xəbər lenti