...

Azərbaycan prezidenti Xəzərin dəniz mühitinin mühafizəsinə həsr olunmuş birinci Bakı konfransının iştirakçılarına məktub göndərib

Siyasət Materials 25 May 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir R.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Xəzərin dəniz mühitinin mühafizəsinə həsr olunmuş birinci Bakı konfransının iştirakçılarına məktub göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda bilirilir ki, Xəzər dənizi geostrateji mövqeyinə görə Azərbaycan və bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Böyük neft-qaz yataqlarına malik Xəzər regiondakı ölkələrin iqtisadi dirçəliüində xüsusi rol oynayır. "Karbohidrogen ehtiyatlarının intensiv işlənməsi şəraitində dənizin flora və fauna zənginliyinin qorunması, ekoloji vəziyyətinin yaxşılaşdırılması bizim daimi diqqətimizdədir. Konfransınızın gündəliyinə daxil olan problemlərin aktuallığı və ciddiliyi onların həlli üçün region ölkələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi biomüxtəlifliyin qorunub saxlanması və təbii ehtiyatlardan səmərəli istifadə olunması məqsədi ilə Xəzəryanı dövlətlər və beynəlxalq təükilatlarla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir". Prezident Xəzərin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının bütün Xəzəryanı dövlətlər tərəfindən imzalanmasını birgə fəaliyyət göstərməyə hazırlıq kimi qiymətləndirib və ümidvar olduğunu bildirib ki, konfrans qarşıda duran məsələlərin həlli naminə Xəzəryanı dövlətlərin öz səy və imkanlarını birləşdirmələri üçün yeni təkan verəcək.

Xəbər lenti

Xəbər lenti